Modern.az

Qazaxda avtomobil teplovozla toqquşub

Qazaxda avtomobil teplovozla toqquşub

Aktual

29 Sentyabr 2016, 21:52

Qazaxda avtomobil teplovozla toqquşub,  xəsarət alanlar var. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Çaylı kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan VAZ 21099 markalı avtomobil dəmir yolu keçidini gözləmədən keçərkən hərəkətdə olan teplovozla toqquşub.

Qəza zamanı avtomobildə olan iki nəfər: Qazax rayon Birinci Şıxlı kənd sakini 1984-cü il təvəllüdlü Babək Yusifov və rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Eltay Məsməliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.  B.Yusifovun vəziyyəti normal, E.Məsməliyevin isə vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır