Modern.az

Azərbaycan Konqoya hərbi texnika satır

Azərbaycan Konqoya hərbi texnika satır

Aktual

30 Sentyabr 2016, 00:26

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd “Təkmilləşdirilmiş ZTR-70 maşını” Konqo Respublikasına ixrac ediləcək. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə MSN-in “Aqreqat” İstehsalat Birliyi Bakı “Cihazqayırma” Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.

 

O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.

 

Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan “Təkmilləşdirilmiş ZTR-70 maşını” silahla təchiz olunub.

 

Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir