Modern.az

ABŞ-dan bədbin Qarabağ açıqlaması: “Hazırda həlli mümkün deyil”

ABŞ-dan bədbin Qarabağ açıqlaması: “Hazırda həlli mümkün deyil”

30 Sentyabr 2016, 09:05

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”.

"Report" xəbər verir ki, bu bəyanatla ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edib. Kerri hesab edir ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan münaqişənin aradan qaldırılması üçün şərait hələ yaranmayıb. Onun sözlərinə görə, "bu gün bir sıra dondurulmuş münaqişələr, (o cümlədən) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların "hazırda" nizamlanma mümkünlüyü nəzərdən keçirilmir, "ilk öncə ona görə ki, liderlər buna hazır deyillər".

 

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr mürəkkəbdir, lakin onları keçmişdə buraxmağın üsullarını görmək mümkündür, əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə.

 

"Mən güman edirəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir", - deyə Kerri bildirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!