Modern.az

Hacıbala Abutalıbovun ağacı - FOTO

Hacıbala Abutalıbovun ağacı - FOTO

Mədəni̇yyət

30 Sentyabr 2016, 09:27

Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakiliyyətinin başçısı kimi bir çox ilkə imza atıb.

Yadınızdadırsa, bir zamanlar Bakı şəhərində, xüsusilə mərkəzi hissələrdə qoyun-quzu, inək görünən kimi Hacıbala Abutalıbovun adamları dərhal yük maşını ilə onları müsadirə edirdi. Sahibi səs-küy salmasın deyə, Abutalıbov həmin mal qoyunu kəsdirərək yetim evlərinə, qocalar evlərinə göndərirdi.

Bundan sonra işlərini bilənlər öz mal-qoyunlarını daha şəhər mərkəzinə çıxarmadılar. Bununla da Bakı xilas oldu.

Hacıbala müəllimin islahatları sadalamaqla bitən deyil.

Biz onun daha bir özəlliyini diqqətə çatdırmaq istəyirik.

Yadınızdadırsa, cənab Abutalıbov Bakıda yaşıllaqlarla bağlı da xüsusi işlər aparırdı. Ona görə düşünürük ki, indi şəkildə gördüyünüz bu ağacı da hörmətli şəhər merinin əl işi də hesab etmək olar.

Bu ağac Bakının göbəyində, "İşərişəhər" metrostansiyasının girişindədir, yəni H.Abutalıbovun iş otağından hər an görünən bir məkanda.

Ömrünü tamamlamış bu ağacın başqası ilə əvəzlənməmə səbəbi yəqin bu ağacın tarixi abidə kimi hörmətli mer tərəfindən qorunmasından xəbər verir. Yoxsa uzun illər Bakıda yaşıllıqlara qarşı soyqırımı siyasəti həyata keçirilirsə (ifadə dövlət mətbuatından götürürlüb-red.), bu ağacı cənab Abutalıbov niyə kəsdirməsin...

Hər halda Siz də baxın... Başqa bir səbəb ağlınıza gəlsə bizə də bildirin...

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir