Modern.az

Ərdoğan Peresin dəfninə bu şəxsi göndərir

Ərdoğan Peresin dəfninə bu şəxsi göndərir

Dünya

30 Sentyabr 2016, 09:38

İsrailin vəfat edən keçmiş prezidenti Şimon Peresin dəfnində Türkiyədən kimin qatılacağı bəlli olub.

 

Modern.az saytının Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, xarici işlər nazirinin müavini Firidun Sinirlioğlu dəfn mərasimində iştirak edəcək.

 

Qeyd edək ki, 2009-cu ildə İsveçrənin Davos səhərində təşkil edilən Dünya İqtisadi Formunda Şimon Pereslə Türkiyə prezidenti (o vaxt baş nazir idi) Rəcəb Tayyib Ərdoğan arasında Fələstin probleminə görə gərginlik yaşanmışdı.

 

Forum zamanı Şimon Peresin işlətdiyi “Qəzza və Yaxın Şərqdə sülh” sözlərinə Ərdoğan sərt münasibət göstərib, ingilis dilində “one minute” deyərək çıxış üçün vaxt istəyib. 

Ərdoğan əsəbi şəkildə Peresin ünvanına belə demişdi: “Siz öldürməyi çox yaxşı bilirsiniz. Çimərliklərdəki uşaqları necə öldürə bildiniz? Necə vurduğunuzu mən çox yaxşı bilirəm”.

 

Bu qalmaqaldan sonra Türkiyə-İsrail əlaqələri pisləşmişdi.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər