Modern.az

“Xaricdə Təhsil üzrə Dövlət Proqramını dayandırmaq səhv addımdır”

“Xaricdə Təhsil üzrə Dövlət Proqramını dayandırmaq səhv addımdır”

Təhsil

30 Sentyabr 2016, 10:09

“İstər tibb fakültəsi, istərsə də digər ixtisaslarda beynəlxalq təcrübəni hər zaman tətbiq etməliyik”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat Xaricdə Təhsil üzrə Dövlət Proqramının dayandırılmasına münasibət bildirirək deyib ki, bu qərar ölkənin elm və təhsil, insan kapitalına xeyir gətirməyəcək.

M. Quliyev söyləyib ki, tibb sahəsi də daxil olmaqla mühüm strateji ixtisaslar üzrə azərbaycanlı gənclərin xaricdə təhsil proqramı bərpa olunmalıdır:

“Azərbaycanlı gənclərin xaricdə tibb və digər sahələrdə təhsil almasını hökumət təmin etməlidir. Gənclərin xaricdə təhsil alması üçün dövlət tərəfindən hər cür təminat həyata keçirilməlidir.

Bu gün müəyyən maddi çətinliklər ucbatından Xaricdə Təhsil üzrə Dövlət Proqramı dayandırılıb.

Amma mən hesab edirəm ki, maddi çətinlik üzündən bu proqramın dayandırılması səhv addımdır və istənilən halda doğru hesab edilə bilməz. Azərbaycanın layiqli, savadlı və qabiliyyətli övladlarının xaricdə təhsil alması üçün hökumət istənilən dəstəyi göstərməlidir”.

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı