Modern.az

Azərbaycan və Ermənistanın 2017-ci il büdcəsi: MÜQAYİSƏ

Azərbaycan və Ermənistanın 2017-ci il büdcəsi: MÜQAYİSƏ

İqtisadiyyat

30 Sentyabr 2016, 12:25

Dünən Azərbaycan Maliyyə Nazirliyi 2017-ci il üçün Azərbaycan dövlət büdcəsinin layihəsini təqdim edib.

 

Modern.az xəbər verir ki, dövlət büdcəsinin gəlirləri 15,955 milyard manat (9,744 milyard dollar) səviyyəsində müəyyən olunub.

 

Gələn büdcədən hərbi xərclərə 1,615 milyard dollar yaxud 986,5 milyon dollar təşkil edəcək.

 

Müharibə şəraitində olduğumuz Ermənistanda da büdcə layihəsi dünən təqdim olunub.

 

Düşmən ölkənin gələn ilki dövlət büdcəsi 1,244 trilyon dram (2,63 milyard dollar) səviyyəsində müəyyən olunub. Azərbaycanla müqayisədə bu 3,6 dəfə az göstəricidir.

 

Hərbi xərclərə gəlincə, Ermənistan büdcəsindən 2017-ci ildə orduya 209,7 milyard dram (439,7 milyon dollar) təşkil edir. Bu isə rəsmi Bakının Yerevandan hərbi sahəyə 2,2 dəfə daha çox vəsait ayırdığını göstərir.

 

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı