Modern.az

Milli Məclisdə tələbələrin problemi qaldırıldı: “Təhsil haqqından azad olunsunlar”

Milli Məclisdə tələbələrin problemi qaldırıldı: “Təhsil haqqından azad olunsunlar”

Təhsil

30 Sentyabr 2016, 12:29

 

Deputat Məlahət İbrahimqızı Milli Məclisin  payız sessiyasının iclasında çıxışı zamanı I qrup sağlamlıq imkanları məhdud olan tələbə gənclərlə bağlı məsələni qaldırıb.

 

Modern.az-ın xəbərinə görə, deputat qeyd edib ki, bu qrupa daxil olan tələbələr təhsil haqqından azad edilsələr yaxşı olardı:

 

“Nəsimi rayonunda iki belə tələbə var. Onlar yüksək bal yığıb universitetə daxil olublar, ancaq pullu ixtisasa düşüblər, ödəməyə imkanları yoxdur. Onların da ödənişdən azad olunmaları ilə bağlı məsələyə baxılmasını təklif edirəm”.

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, qanunvericilikdə bu məsələ nəzərdə tutulub, amma problem bir daha araşdırılacaq.

 

Millət vəkili Qənirə Paşayeva da həmkarının fikirlərini təsdiqləyib.

 

“Əgər bu ödəniş haqqı ləğv olunubsa, o zaman universitetlər buna əməl etmir: “Çünki bu yaxınlarda bir neçə universitetdən tələbəsi mənim yanıma gələrək onlardan təhsil haqqı tələb edildiyini bildirdi. Bunlar Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idilər”.

 

 Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır