Modern.az

Xədicə İsmayılın məhkəməsi oktyabrın 8-ə təyin olundu

Xədicə İsmayılın məhkəməsi oktyabrın 8-ə təyin olundu

Aktual

30 Sentyabr 2016, 12:41

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın barəsində Cinayət Məcəlləsinin (CM) 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.

Prosesdə X.İsmayılın şikayəti araşdırılıb. X.İsmayılın anket məlumatları dinlənilib. Növbəti proses oktyabrın 8-ə təyin olunub.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ali Məhkəmə 2016-cı il 25 may tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

X.İsmayıl barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Həmin qərardan narazı qalan X.İsmayılın vəkili Fariz Namazlı apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir