Modern.az

Parlamentin xüsusi iclaslarının bölgələrdə keçirilməsi təklif edildi

Parlamentin xüsusi iclaslarının bölgələrdə keçirilməsi təklif edildi

Aktual

30 Sentyabr 2016, 12:41

Milli Məclisin iclasında deputat Fazil Mustafa bir sıra təkliflərlə çıxış edib.

 

Modern.az-ın xəbərinə görə, deputat bildirib ki, Bakının işğaldan azad edilməsi ilə bağlı tarixi günü artıq bayram kimi qeyd etməyə başlamalıyıq:

 

“Artıq Nuru Paşanın adının əbədiləşdirilməsinə çalışmalııyıq:

Azərbaycanın xilas edən adamın adına heç bir küçə də yoxdur. Mustafa Sübhi adlı kommunistin, Azərbaycana dəxli olmayan bir adamın adına isə küçə var. Biz Nuru Paşanın adını da artıq əbədiləşdirilməliyik”.

Deputat  Aydın Mirzəzadə müstəqilliyin 25 illiyi münasibətilə parlamentin xüsusi iclaslarının Azərbaycan Demokratik Respublikasının (ADR)  ilk paytaxtı olan Gəncədən başlamaqla Naxçıvanda, Mingəçevirdə, Şamaxıda keçirilməsi ilə bağlı təklif irəli sürüb.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?