Modern.az

Milli Məclisdə qanunvericilik planı təsdiqləndi

Milli Məclisdə qanunvericilik planı təsdiqləndi

Aktual

30 Sentyabr 2016, 12:53

Milli Məclisin 2016-cı il payız sessiyasında qanunvericilik işləri planı təsdiqlənib.

 

Modern.az-ın xəbərinə görə, qanunvericilik planına 14 bölmədən ibarət məsələlər daxildir.

 

Bunlar Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan layihələr, "Milli Məclisin deputatının etik davranışı", "Kinematoqrafiya haqqında", "Psixoloji yardım haqqında", "Kredit borcları haqqında", “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” və s. qanun layihələridir.

 

Eyni zamanda "Normativ hüquqi aktlar haqqında" qanuna da texniki dəyişikliklər səsə qoyularaq qəbul edilib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir