Modern.az

Fransalı deputatlar İlham Əliyevin qəbulunda

Fransalı deputatlar İlham Əliyevin qəbulunda

Aktual

30 Sentyabr 2016, 13:00

 

Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel son dövr Fransa ilə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı. O, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin təqdimatının bütün iştirakçılarda çox böyük təəssürat yaratdığını, ölkəmizə olan marağın daha da artdığını bildirdi. Təmsil etdiyi qurumun 25 üzvü ilə bərabər ölkəmizə səfər etdiyini deyən fransalı qonaq nümayəndələrin hazırda Şəki şəhərində olduqlarını, sonra isə Gəncəyə gedəcəklərini vurğuladı.

 

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən Prezident İlham Əliyev səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını dedi. Parisin mərkəzində “Azərbaycan şəhərciyi”nin açılışının və fəaliyyətinin önəmini vurğulayan dövlət başçısı artıq bir neçə dəfədir ki, bu cür təqdimatların keçirildiyini, Fransa və Paris sakinlərində məmnunluq doğurduğunu qeyd etdi.

 

 

Prezident İlham Əliyev Azərbaycanın geniş təqdimat tədbirlərində fəal iştirakına görə Jan Fransua Manselə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu cür tədbirlərin və eləcə də Fransanın tanınmış xadimlərinin Azərbaycana səfərlərinin ölkəmizin Fransada daha geniş şəkildə tanınması və ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğuladı.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir