Modern.az

Oqtay Əsədov: “Baronessa Koks heç atasını tanımır”

Oqtay Əsədov: “Baronessa Koks heç atasını tanımır”

Parlament

30 Sentyabr 2016, 13:04

Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Bəxtiyar Əliyev Böyük Britaniya parlamentinin üzvü baronessa Kerolayn Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.

 

Modern.az-ın məlumatına görə, B.Əliyev deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Koks Dağlıq Qarabağa gələrək işğalçı ordunun əsgərləri qarşısında çıxış edərək bildirib ki, “siz burada xristianlığı müdafiə edirsiniz”: “Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda da qeyd edilmişdir ki, Qərbdə müsəlmanlarla xristianları qarşı-qarşıya qoyurlar, ayrı-seçkilik edirlər. Bu, təhlükəli tendensiyadır. Hesab edirəm ki, onun dini ədavət çağırışı Britaniya parlamentində müzakirə edilməlidir. Çünki dini ədavətə çağırış yolverilməz haldır”.

 

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: “Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək təqdim etməyə çalışırlar. Mən bu barədə bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”.

 

Britaniyalı parlamentarinin Azərbaycanının işğal edilmiş ərazisində səsləndirdiyi fikirlərə gəldikdə isə, O.Əsədov bildirib ki, “Baronessa Koks heç bilmir ki, atası kimdir. O, atasını da tanımır”.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır