Modern.az

Deputat Gövhər Baxşəliyeva: “Bunlar dəhşətli faktlardır”

Deputat Gövhər Baxşəliyeva: “Bunlar dəhşətli faktlardır”

Aktual

30 Sentyabr 2016, 13:41

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ailədaxili münaqişlərin artması ilə bağlı öz fikirlərini bildirib. Modern.az-ın xəbərinə görə, parlamentin bügünkü iclasında çıxış edən millət vəkili qeyd edib ki, son zamanlar ailədaxili münaqişələr dəhşətli cinayətlərlə nəticələnir:

“Bu yaxınlarda biz Milli Məclisin keçmiş işçisi olan bir xanım haqqında belə məlumat oxuduq. Daha sonra bir qadının uşaqlarının atasını sifarişlə qətlə yetirməsi ilə bağlı məhkəmə prosesini izlədik. Bunlar dəhşətli faktlardır. Belə hallar bütün ölkələrdə baş verir. Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? Hətta o dərəcədə düşmən olublar ki, belə cinayətlərə əl atırlar. Ona görə də hesab edirəm ki, orta məktəblərdə ailə ilə bağlı etik məsələlərin tədrisi olmalıdır. Gənc yaşlarından məktəblilərə ailədaxili sivil münasibətləri aşılamaq lazımdır. Bəlkə, bununla bağlı proqramlara dərs salmaq da yaxşı olardı”.



Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir