Modern.az

X sinif şagirdləri universitetə qəbul olunur

X sinif şagirdləri universitetə qəbul olunur

Aktual

30 Sentyabr 2016, 13:20

Abituriyent hazırlıqlarına üzv olan şagirdlərin universitetdə davam edən tədris prosesini müşahidə etmək üçün qatılması və kitabxanadan istifadə etməsi mümkün olacaq

 

25 illik təcrübə və mükəmməl təhsil bazası olan  Qərb Universitetinin nəzdində “Qərb Bilik Akademiyası” adı altında tədris mərkəzləri fəaliyyətə başlayıb.

 

Mərkəzdə abituriyent, magistr,  xarici dil kursları, dövlət qulluğuna hazırlıq, və xaricdə təhsil təklif edilir. Dərslər Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən xüsusi təlim keçmiş peşəkar müəllimlər tərəfindən aparılacaq.

 

Sınaq imtahanlarında yüksək bal toplayanlara güzəşt və mükafatlar, abituriyentlərin xarici ölkələrə qısamüddətli turlarının təşkili nəzərdə tutulur. Abituriyent hazırlıqlarına üzv olan şagirdlərin universitetdə davam edən tədris prosesini müşahidə etmək üçün qatılması və kitabxanadan istifadə etməsi mümkün olacaq.

 

Qeyd edək ki, ölkənin ilk özəl ali təhsil ocaqlarından biri olan Qərb Universitetinin hazırda 180-dən çox yüksək səviyyəli təhsil işçisinin cəlb edildiyi beş fakültəsində 36 ixtisas üzrə 1000-dən artıq tələbə əyani və “distant” formada bakalavr, magistratura və doktorantura təhsili alır.

 

 

Əlavə məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiz:

 

//www.facebook.com/QerbBilikAkademiyasi/?fref=ts

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı