Modern.az

Akademik Karpov Yaqub Mahmudovun işinə qiymət verdi

Akademik Karpov Yaqub Mahmudovun işinə qiymət verdi

Aktual

30 Sentyabr 2016, 13:51

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çox böyük alimdir.

 

Modern.az xəbər verir ki, bu sözləri vestikavkaza.ru saytına müsahibəsində Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki, orta əsrlər üzrə çox məşhur alim Sergey Pavloviç Karpov deyib.

 

Karpovun sözlərinə görə, MDU AMEA-nın elmi institutları, o cümlədən Tarix İnstitutunun direktoru Yaqub Mahmudovla sıx əməkdaşlıq edir. O, bildirib ki, MDU-nun müəllimləri Bakıda da fəaliyyət göstərirlər.

 

Xatırladaq ki, Y.Mahmudov 1989-cu ildə MDU-nun Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərkən Karpov çıxışında qeyd edib ki, bu tədqiqat Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin Azərbaycan dövlətləri olduğunu sübut edir.

 

Qeyd edək ki, S.P.Karpov Rusiya Federasiyasının (RF) Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Genuya, Alessandriya elmlər akademiyalarının (İtaliya) vəLeybnits elmi cəmiyyətinin (Almaniya) üzvüdür.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?