Modern.az

AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq MÜQAVİLƏSİ

AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq MÜQAVİLƏSİ

Aktual

30 Sentyabr 2016, 13:26

 

Sentyabrın 29-da Rusiya Federasiyası Ulyanovsk Dövlət Universitetinin prezidenti, professor Yuri Polyanskov və Universitetin rektoru Boris Kostişko Azərbaycan Texniki Universitetində olublar.

 

AzTU ilə yaxından tanış olduqlarını bildirən qonaqlar əməkdaşlıq müqaviləsi bağlamaq niyyətində olduqlarını bildiriblər. Daha sonra hər iki tərəfin nümayəndələrinin iştirakı ilə əməkdaşlıq haqqında müzakirələr aparılıb və gələcəkdə görüləcək işlərin ilkin razılığı əldə edilib.

AzTU-nun rektor əvəzi Xalıq Yahudov və Ulyanovsk Dövlət Universitetinin rektoru Boris Kostişko nümayəndələrin iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

 

 Müqavilədə elm, texnika və təhsil sahələrində elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr, doktorantların mübadiləsi və müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması nəzərdə tutulub. Sonda qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olaraq Xatirə Kitabına ürək sözlərini yazıblar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub