“Kimsə toy edibsə, mebel alıbsa, bunun dollar kreditinə nə dəxli var? Buna görə də əhali ömrü boyu banklara borclu qalır”.
Modern.az-ın xəbərinə görə, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, vaxtında bu problem həll olmasa, dövlətin xərcləri artacaq, banklar çökəcək və əhalinin narazılığı daha da artacaq:
“Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Ona görə ki, banklar bu sahədə manipulyasiya edib adamları aldadıblar. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur”.
Ağa AKİFOĞLU