Modern.az

Deputatdan Meydan TV-yə İTTİHAM

Deputatdan Meydan TV-yə İTTİHAM

Aktual

30 Sentyabr 2016, 14:11

Milli Məclisin deputatı Məlahət İbrahimqızı internet üzərindən yayımlanan bəzi televiziyaların fəaliyyətini tənqid edib. Modern.az-ın xəbərinə görə, Məlahət İbrahimqızı konkret olaraq Meydan TV-nin adını çəkib, eyni zamanda facebook social şəbəkəsindəki “Sancaq” səhifəsini qeyd edib.
Bildirib ki, onlar dövlət rəhbərinə qarşı qərəzli məlumatlar paylaşırlar:
“Mən o yazıların hamısını “screen shot” etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələylə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər”.


Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!