Modern.az

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa buraxıldı

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa buraxıldı

30 Sentyabr 2016, 14:17

Ötən il ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilən “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri, aparıcı Ceyhun Cəfərov azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə C.Cəfərovun vəkili Cavad Cavadov məlumat verib.

 

O bildirib ki, məhkəmə C.Cəfərovun həbsdən azad edilməsi barədə prokurorluq orqanının təqdimatına baxıb və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Məhkəmənin qərarı ilə C.Cəfərov azadlığa buraxılıb.

 

C. Cavadov qərarın qəbul olunmasına görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə təşəkkür edib.

 

Xatırladaq ki, C.Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilib.

 

İlahiyyatçı C.Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, eyni zamanda Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı