Modern.az

Ermənistan BMT-nin ali komissarlarını apreldən sonra Qarabağa buraxmır

Ermənistan BMT-nin ali komissarlarını apreldən sonra Qarabağa buraxmır

Aktual

30 Sentyabr 2016, 15:16

BMT-nin Qaçqınlar üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Ermənistanı sərt şəkildə tənqid edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Cenevrədə İnsan Haqları Şurasının 33-cü sessiyasında çıxış edən komissar Yerevanın onlarla əməkdaşlıq etməməsindən şikayətlənib.

 

Onun sözlərinə görə aprel döyüşlərindən sonra BMT nümayəndələri bir dəfə də olsun Qarabağa buraxılmayıb.


“Mən təəssüf edirəm ki, Ermənistan hakimiyyəti bu günə qədər bizim Tbilisidə yerləşən ofisimizlə tam əməkdaşlıq etmir. Buna görə Ermənistan hakimiyyəti və ictimai təşkilatlarla ünsiyyət qura bilmirik. Aprel döyüşlərin sonra mənim ofisimin əməkdaşları hələ də Qarabağa buraxılmayıblar. Buna görə insan hüquqlarının pozulması barədə deyilən ziddiyyətli məlumatlar bu günə qədər yoxlanılmayıb”.

 

Vüqar İSMAYILOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?