Modern.az

AZƏRTAC ilə TELAM arasında informasiya mübadiləsi

AZƏRTAC ilə TELAM arasında informasiya mübadiləsi

Aktual

30 Sentyabr 2016, 15:59

Azərbaycan Dövlət İnformasiya Agentliyinin Baş direktoru Aslan Aslanov sentyabrın 30-da Argentinanın TELAM xəbər agentliyinin prezidenti Rodolfo Pouza ilə görüşüb.

 

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan görüşdə agentliklər arasında əlaqələrin istiqamətləri müzakirə edilib, əməkdaşlığa dair müqavilənin imzalanması barədə razılıq əldə olunub. Bildirilib ki, noyabrda imzalanacaq müqavilə AZƏRTAC ilə TELAM arasında xəbər və foto mübadiləsi üçün geniş imkan yaradacaq.

 

Baş direktor Aslan Aslanov AZƏRTAC ilə TELAM agentliyi arasında sıx əlaqələrin olduğunu, qurumların mötəbər beynəlxalq və regional media təşkilatlarında fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, AZƏRTAC-ın Argentinada müxbir məntəqəsinin açılması bu əlaqələrin inkişafına təkan verəcək.

 

TELAM agentliyinin prezidenti Rodolfo Pouza ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Tərəflər agentliklərin uğurlu əməkdaşlığının hər iki ölkənin həyatı barədə informasiyaların ilkin mənbədən alınması baxımından önəmli olduğunu qeyd ediblər.

Görüşdə, həmçinin Azərbaycan ilə Argentina arasında informasiya sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. 

 

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?