Modern.az

Vergilər Nazirliyinin bu səlahiyyəti dəyişdirildi

Vergilər Nazirliyinin bu səlahiyyəti dəyişdirildi

Aktual

30 Sentyabr 2016, 16:12

Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin payız sessiyasının iclasında parlementin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu haqda danışıb.

 

" Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər.

Bununla bağlı Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə dəyişiklik edilməsi tövsiyə edilib.

 Deputat əlavə edib ki, indiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi.

 

Qanuna təklif edilən bu dəyişiklik qəbul olunarsa, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.

 

Qeyd edək ki, " Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti şərtlərinin asanlaşdırılması və vergi inzibatçılığının çevikliyinin gücləndirilməsi məqsədi ilə hazırlanıb.

 

 Qanun layihəsi səs qoyularaq qəbul edilib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir