Modern.az

2016-cı ildə vəfat edən məşhurlar – SİYAHI

2016-cı ildə vəfat edən məşhurlar – SİYAHI

Mədəni̇yyət

30 Sentyabr 2016, 16:17

2016-cı il bir qrup tanınmış ictimai-siyasi xadimin həyatının son ili oldu. Həm yaxınları, həm də sevənləri bu il onlarla vidalaşdı.

 

Modern.az saytı 2016-cı ildə ölkəmizdə və dünyada vəfat etmiş tanınmış şəxslər barədə məlumatları təqdim edir.

 

Zəlimxan Yaqub (1950-2016)- Azərbaycan Aşıqlar Birliyinin sədri, 'Şöhrət' ordenli xalq şairi uzun sürən böyrək çatışmazlığı xəstəliyindən  yanvar 9-u günorta saatlarında vəfat edib.

 

Akademik Cəlal Əliyev 2016-cı ilin yanvarın 31-dən fevralın 1-nə keçən gecə vəfat edib.

 

İlhamə Quliyeva (1943-2016)-xalq artisti, fevralın 25-də Bakı şəhərində vəfat edib. O, Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın qızıdır. İlhamə Quliyeva  İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib.

 

Məhəmməd Əli (1942-2016)- Əfsanəvi boksçu, 19 dəfə dünya çempionu  iyunun 3-də ABŞ-ın Finiks xəstəxanasında vəfat edib. O, tənəffüs yolları xəstəliyindən əziyyət çəkirdi. Onun əsl adı Kassius Marsellus Kleydir.  Karyerası boyunca çıxdığı 61 matçın 56-dan qalibiyyətlə ayrılan idmançı 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını alıb.

 

Sellapan Ramanatan (1924-2016)- Sinqapurun keçmiş prezidenti avqustun 22-də vəfat edib. O, ölkə tarixində ən ali dövlət postunda ən uzun müddətə - 1999-2011-ci illərdə tutan şəxs olub.

 

İslam Kərimov (1938-2016)- Özbəkistan prezidenti sentyabrın 2-də beyin qanaması səbəbindən vəfat edib. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. O, sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

 

Tarık Akan (1949-2016) - türk kinosunun məşhur siması sentyabrın 16-da İstanbulda xəstəxanada vəfat edib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Ümumilikdə 111 filmdə rol alan Tarık Akan 1981-ci ildə Kann mükafatı alan “Yol” filminin baş rolunda oynayıb.

 

 Karlo Adzelio Çampi (1921-2016)- İtalyanın onuncu prezidenti sentyabrın 16-da vəfat edib. O, 1999-cu ilin may ayından 2006-cı ilin mayına qədər bu vəzifədə işləyib.

 

Şimon Peres (1923-2016)- İsrailin sabiq prezidenti sentyabrın 28-də  vəfat edib. Siyasi fəaliyyəti zamanı İsrailin xarici işlər naziri və baş naziri kimi mühüm vəzifələrdə çalışan Peres, 2007-14-cü illərdə bu dövlətin prezidenti olmuşdu.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi