Modern.az

Qənirə Paşayevadan çağırış: İstanbulda Əli Bəy Hüseynzadəyə abidə qoyaq!

Qənirə Paşayevadan çağırış: İstanbulda Əli Bəy Hüseynzadəyə abidə qoyaq!

Aktual

30 Sentyabr 2016, 16:17

Milli Məclisin bugünkü iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Türkiyədə Əli Bəy Hüseynzadənin qızı ilə görüşdüyünü vurğulayaraq bildirib ki, dahi şəxsiyyətin övladı heç bir qarşılıq gözləmədən təmənnasız Əli Bəy Hüseynzadədən qalan hər şeyi - qiymətli rəsmləri, əsərləri, sənədləri, istifadə etdiyi avadanlıq və əşyaları Azərbaycan dövlətinə hədiyyə edib və indi onun ölkəmizə gətirilməsi istiqamətində işlər görülür.
“Əli bəy Hüseynzadənin dəyərli övladının bu cür addımı yüksək qiymətləndirilir, çünki o, Əli bəydən qalan hər şeyi məhz onun doğulduğu Vətənə bağışladı və biz ona təşəkkür edirik. Hesab edirəm ki, Azərbaycanın dahi övladlarından biri olan Əli bəy Hüseynzadənin İstanbuldakı qəbirüstünün yüksək səviyyədə abadlaşdırılmasına, orada Əli bəyə bir abidənin ucaldılmasına,  Azərbaycan və Türkiyə bayraqlarının birlikdə dalğalanmasına böyük ehtiyac var. İnanırm ki, bu məsələ qısa zamanda öz həllini tapacaq. Bu məsələnin tezliklə həllinə çağırıram”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?