Modern.az

ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişləndirilir

ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişləndirilir

İqtisadiyyat

30 Sentyabr 2016, 16:32

Azərbaycanda əlavə dəyər vergisindən (ƏDV) azad edilən xidmətlərin siyahısı genişləndirilir.

 

Modern.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişikliklər məsələsi müzakirə edilib.

 

Dəyişiklik barəsində məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, dəyişikliyin əsas mahiyyəti tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətinə görə ƏDV tutulmayacaq.

 

Qeyd edək ki, “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Məcəllənin 165.1.4-cü maddəsi ilə bağlıdır.

Layihə dəqiqləşdirilmə aparılmaqla tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV-nin 0 dərəcə ilə tutulması məqsədi ilə hazırlanıb.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı