Modern.az

Milli Məclisdə rayon maşınlarının Bakıya buraxılmamasına etiraz edildi

Milli Məclisdə rayon maşınlarının Bakıya buraxılmamasına etiraz edildi

Aktual

30 Sentyabr 2016, 16:36

Milli Məclin bu gün keçirilən iclasında deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. Modern.az saytı xəbər verir ki, vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib.

“İnsanlar rayonlardan Bakıya gəlirlər... xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır”.

Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: “Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın”.


Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır