Modern.az

Komitə sədrindən TƏKLİF: “Peşəkarlıq nəzərə alınmalıdır”

Komitə sədrindən TƏKLİF: “Peşəkarlıq nəzərə alınmalıdır”

Aktual

30 Sentyabr 2016, 16:56

 

“D və E kateqoriyalı sürücülərin ən azı 3 il təcrübəsi olmaldır. Qanunda da bu yaş həddi 23 olaraq göstərilib. Biz bu yaşdan 3 il təcrübəni də çıxsaq belə çıxır ki, sürücü 17-18 yaşından işləməyə başlamaldır. Bu isə mümkün deyil”.

 

Modern.az-ın xəbərinə görə bunu Milli Məclisin bu gün keçirilən iclasında Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

 

Deputat bildirib ki, nəqliyyatda sürücülərin işinə ciddi nəzarət olunmalıdır.

 

“Bu gün Avropada sərnişindaşımaya xüsusi yanaşma mövcuddur. Bizdə də belə olmalıdır. İctimai nəqliyyatın tənzimlənməsi bu gün ölkəmizdə çox pis vəziyyətdədir. Bunu mütləq yoluna qoymaq lazımdır. Bizim yanaşmamız ondan ibarətdir ki, lisenziyaları və sürücülük vəsiqələrini verərkən ilk növbədə insaların peşəkarlığı nəzərə alınmalıdır. Hesab edirəm ki, yaşla bağlı məsələyə daha ciddi və dəqiq baxmalıyıq.

 

Əgər bu gün yol polisləri nəqliyyata, metroların üstündə avtobuslara nəzarət etməsələr avtobuslar elə yerindəcə qalarlar. Yağış da, qar da bütün dünyada yağır və təbii hadisələrdir. Sadəcə olaraq biz yağışlı və qarlı havada risklərin qarşısını almağa çalışrıq. Biz əgər bu gün təhlükəsizlik və insan həyatını önəmli hesab ediriksə, ilk növbədə sürücünün iş yerini yox, onun peşəkarlığını fikirləşməliyik”.

 

 Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır