Modern.az

BDU İtaliya və Çernoqoriya universitetləri ilə əməkdaşlıq edəcək

BDU İtaliya və Çernoqoriya universitetləri ilə əməkdaşlıq edəcək

Aktual

30 Sentyabr 2016, 17:01

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İtaliya, Çernoqoriya, İspaniya, Macarıstan universitetlərinin nümayəndə heyətləri Bakı Dövlət Universitetində olublar. Universitetin professor–müəllim heyəti ilə keçirilən görüşdə çıxış edən rektor, akademik Abel Məhərrəmov  BDU barədə ətraflı məlumat verib, son illər elm  və təhsil sahəsində beynəlxalq əlaqələrin daha da genişləndiyini vurğulayıb. Rektor bu görüşün universitetlərarasımünasibətlərin  daha da inkişafına təkan verəcəyini bildirib.

 

Sonra çıxış edənİtaliyanın Trento Universitetinin rektoru PaoloKollinini, Kassino və Cənubi Lazio universitetinin rektoruCovanni Bettanı, Çernoqoriyanın Donya Qoritsa Universitetinin rektoru Veselin Vukotiçi Azərbaycanın qocaman universiteti olan BDU-da olmalarından məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri ali təhsil ocaqlarının fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri barədə ətraflı məlumat verdikdən sonra həmin universitetlərlə BDU arasındaəməkdaşlıq müqaviləsi imzalanıb.

 

Qeyd edək ki, görüşdə forum çərçivəsində ölkəmizdə olan YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Girones, İtaliyanın Qenuya Universitetinin prorektoru Quido Franko Amoretti,  Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, Macarıstandan olan professor Qabor Həmzə də iştirak edib.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır