Modern.az

“Aviasiya haqqında” qanun dəyişdi: 1 və 3 avro ödənilməyəcək

“Aviasiya haqqında” qanun dəyişdi: 1 və 3 avro ödənilməyəcək

30 Sentyabr 2016, 17:02

"Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi haqqında" qanun layihəsində mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tələb olunan dövlət rüsumlarının sayı azaldılıb.

 

Moderna.az-ın xəbərinə görə, qanuna təklif edilən dəyişikliklərdə İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə dövlət rüsumu ləğv edilib.

 

Bu layihə “Dövlət rüsumu haqqında” qanununda da dəyişiklik edilməsini zəruri edib. “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif, eləcə də İATA-nın “Mülki Aviasiya rüsumu” biznes və birinci sinif xidmətlərinə görə müəyyən olunan dövlət rüsumumun dərəcələri də ləğv edilib.

 

Qeyd edək ki, indiyədək İATA-nın “Mülki Aviasiya rüsumu” ekonom sinif xidmətinə görə 1 avro, biznes və birinci sinif xidmətlərinə görə isə 3 avro rüsum alınırdı.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı