Modern.az

Əməliyyatçılar hakim qərarı olmadan axtarş apara biləcəklər

Əməliyyatçılar hakim qərarı olmadan axtarş apara biləcəklər

Aktual

30 Sentyabr 2016, 17:56

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.

 

Cinayət-Prosessual Məcəllədə də buna uyğunlaşdırılmış dəyişiklik də səsə qoyulmaqla, hər iki layihə qəbul olunub.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir