Modern.az

Bağlanan bankda 260 mindən çox fiziki şəxsin hesabı olub

Bağlanan bankda 260 mindən çox fiziki şəxsin hesabı olub

İqtisadiyyat

30 Sentyabr 2016, 20:03

"Bank Standard" Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı var idi. Müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub. Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil”. Modern.az saytı xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

 R. Aslanlının sözlərinə görə, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: "Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır. Bankının dollarda olan qorunan əmanətlərinin qaytarılması üçün Mərkəzi Bank valyuta ehtiyatlarını bazar vasitəsi ilə deyil, birbaşa Əmanətlərin Sığortalanması Fonduna satacaq”. R.Aslanlı bildirib ki, Mərkəzi Bank dövlət zəmanəti ilə Əmanətlərin Sığortalanması Fonduna kreditlər verir: “Bu kreditin şərti, müddəti ikitərəfli qaydada razılaşdırılır. Bilirsiniz ki, Mərkəzi Bank manat emissiya edir və Mərkəzi Bank manat emissiya etdiyinə görə, Əmanətlərin Sığortalanması Fonduna vəsaitləri manatda verəcək. Amma əmanətləri əsasən xarici valyutada olduğuna görə, Fond Mərkəzi Bankdan aldığı manatın müqabilində bazardan xarici valyuta almalıdır. Xarici valyuta bazarına birdən-birə bu tələbin çıxması manatın məzənnəsinə təsir edə bilər. Əsasən monetar orqan olduğuna görə, o cümlədən manatın məzənnəsinin məqbul səviyyədə qalması mandatı olduğuna görə Mərkəzi Bank və biz razılaşdıq ki, manatın məzənnəsi, maliyyə sistemində sabitliyi təmin etmək üçün bu tələbat birbaşa bazara çıxmasın, Mərkəzi Bank özünün valyuta ehtiyatlarından lazım olan dolları bazarda deyil, birbaşa Əmanətlərin Sığortalanması Fonduna satsın”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir