Modern.az

“Dini radikalizmlə mübarizə yolları”

“Dini radikalizmlə mübarizə yolları”

Aktual

30 Sentyabr 2016, 20:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili Qoşunların Gəncə şəhəri ərazisində yerləşən N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib. Komitənin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Gəncə bölgəsi üzrə şöbənin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, hərbi hissənin zabit və gizir heyəti, eyni zamanda əsgərlər iştirak ediblər.

S.Heydərov milli-mənəvi dəyərlərin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır: "Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir."

S.Heydərov sonda İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır