Modern.az

DTX-nin təcridxanasında başçəkmə

DTX-nin təcridxanasında başçəkmə

Aktual

30 Sentyabr 2016, 21:13

Ombudsman Aparatının əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçiriblər. Modern.az saytı xəbər verir ki, Aparatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin, habelə müəssisədə saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

 

Başçəkmə zamanı saxlanılma şəraiti ilə yanaşı, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə həmin müəssisənin yeməkxanası və  kameralarına baxış keçirilib. Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri izah olunub və Ombudsmanın səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

 

Ombudsmana müraciət etmiş şəxslərlə yanaşı, qəbul edilmiş Rusiya vətəndaşı M. Ueldanovla təkbətək qaydada görüş zamanı o, müəssisə əməkdaşlarının onunla rəftarından, müəssisədə saxlama şəraitindən şikayət etməmiş, bacısı ilə telefon əlaqəsi saxladığını, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılığını bildirib. Eyni zamanda Ueldanovun saxlanıldığı müəssisədə Rusiyanın Azərbaycandakı səfirliyinin və Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən də qəbul olunduğu müəyyən edilib.

 

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi