Modern.az

Parkda top mərmisi tapılıb

Parkda top mərmisi tapılıb

Aktual

30 Sentyabr 2016, 21:29

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli və Salyan rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkarlayıb. Modern.az saytı xəbər verir ki, ANAMA-nın məlumatına görə, Füzuli rayonunun Alıxanlı kəndi ərazisində əkin sahəsində 1 ədəd partlamamış tank əleyhinə mina (TM-57) aşkar edilərək  götürülüb.

 

Salyan rayonu ərazisindəki Şirvan Milli Parkının ərazisində isə 5 ədəd partlamamış hərbi sursat (4 ədəd 122 mm-lik top mərmisi (BR-462) və 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar edilib. Mərmilər ərazidən götürülüb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 30 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində  646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 513 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı