Modern.az

Meksikada hərbi patrula hücum: 4 ölü

Meksikada hərbi patrula hücum: 4 ölü

Dünya

30 Sentyabr 2016, 21:45

Meksikanın Sinaloa ştatında Kuliakan şəhəri yaxınlığında hərbi patrula hücum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 11 hərbçi yaralanıb.

Məlumata görə, hücüm səhər saatlarında Mexiko-Noqales yolunda baş verib. Naməlum şəxslər bundan əvvəl atışmada yaralanan cinayətkarı aparan təcili yardım maşınına və onu müşayiət edən konvoya hücum ediblər. Onların məqsədi yaralını azad etmək olub.

 

Döyüş nəticəsində iki hərbi avtomobil tamamilə yanıb. Avtomobilin salonunda maşından çıxa bilməyən hərbçilər qalıblar. Üç əsgər və feldşer həlak olub.

 

Cinayətkarlar arasında ölənlərin olub-olmadığı barədə məlumat verilmir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi