Modern.az

ADİF-in kompensasiya ödəməyə pulu yoxdur

ADİF-in kompensasiya ödəməyə pulu yoxdur

Aktual

30 Sentyabr 2016, 22:51

“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) sərbəst vəsaitlərin ümumi həcmi 27 milyon manat təşkil edir. Bu da ləğv edilmiş “Bank Standard” əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün kifayət etmir. Bankda əmanətlərin həcmi 520 milyon manat təşkil edir, 460 milyon manat həcmində əmanət sığortalanıb”. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, fond Azərbaycan Mərkəzi bankına kredit üçün müraciət etməyi planlaşdırır, lakin dəqiq məbləğ hələ məlum deyil:"Bir neçə gün ərzində lazımi məbləği kreditin müəyyənləşdirəcəyik."

 

Qeyd edək ki, “Bank Standard” 1995-ci ildə yaradılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir