Modern.az

Göygöldə gənc qız əməliyyatdan sonra öldü

Göygöldə gənc qız əməliyyatdan sonra öldü

Aktual

30 Sentyabr 2016, 23:11

Bir neçə gün əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasında appendisit əməliyyatı keçirən 22 yaşlı qız dünyasını dəyişib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, Samux rayon Navağalı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Turanə Xalıq qızının vəziyyəti evə buraxıldıqdan bir neçə gün sonra qəfil pisləşib və o, yaxınları tərəfindən ağır vəziyyətdə Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən appendektomiyadan sonrakı absez diaqnozu qoyulan xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrah həkim Səfər Əkbərov tərəfindən əməliyyat yarasında çirklənmə yaranmış xəstəyə dərhal tibbi yardım göstərilib, daha sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür