Modern.az

Yağışın törətdiyi fəsadlar aradan qaldırılır

Yağışın törətdiyi fəsadlar aradan qaldırılır

1 Oktyabr 2016, 00:26

Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə sakinlərin evdən çıxmasına çətinliklər yaranıb.

Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfər vətəndaşa müvafiq köməklik göstərib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir