Modern.az

Qazaxda "Mercedes" yandı: 1 ölü

Qazaxda "Mercedes" yandı: 1 ölü

1 Oktyabr 2016, 09:24

Qazaxda "Mercedes" yanıb.

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonun Çaylı kəndi ərazisində "Mercedes " markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

 

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilıb.

Əməliyyat saat 23:09-da başa çatıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir