Modern.az

İlahiyyatçı məhərrrəmliklə bağlı qadağanı DƏSTƏKLƏDİ

İlahiyyatçı məhərrrəmliklə bağlı qadağanı DƏSTƏKLƏDİ

1 Oktyabr 2016, 09:54

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişiklər barədə danışıb.

 

O deyib ki, dəyişikliyə görə, məhərrəmlik ayında dini xarakterli ayinlərin evlərdə, küçələrdə keçirilməsi yolverilməzdir.

İlahiyyatçı Elşad Miri Modern.az-a açıqlamasında komitə sədrinin fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə dini ayinlərin bu formada keçirilməsinin əhəmiyyəti yoxdur.

 

“Məhərrəmlik ayında bir qrup şəxsin küçədə, yaxud da, hardasa toplaşıb dini ayinlər keçirmələrinin, xüsusilə, zəncir vurmaq, qan axıtmaq, sinə döymək kimi halları tətbiq etməyinin   heç bir əsası yoxdur. Və doğru bir şey də deyil. Bu məsələlərlə bağlı həyəcan təbili çalınırsa, deməli, insanlara fayda verə biləcək məsələlər diqqətə çatdırılır. Yoxsa, harasa toplaşıb özünə xəsarət yetirirsə, bu, nümunə götürüləsi hal deyil. Bunun İslama heç bir aidiyyatı yoxdur”.

 

İlahiyyatçı, evlərdə “imam süfrəsi” adı altında təşkil olunan mərasimləlrə bağlı səslənən fikirlərə də aydınlıq gətirib.

 

“Kimsə öz evində ehsan adı altında süfrə açırsa, bunu, kimsə əngəlləməyəcək. Yaxud da, “kimsə ehsan süfrəsi adı ilə başqa dini ayınlər icra edər”- deyə heç kim gedib ehsan verilən evə nəzarət etməyəcək. Əsasən, ictimai asayişlə bağlı olan məsələlər aktual olaraq  diqqət mərkəzindədir”. 

 

Elşad Miri, Məhərrəmlik ayında qadınların və kişilərin ayrıca ehsan süfrəsi təşkil etməsi  məsələsinə qısa olaraq belə cavab verib.

“Çalışıram ki, bu məsələlərdən danışarkən gender bərabərliyini önə çəkərək, kişi-qadın ayrı-seçkilyini etməyim”.

 

Namidə BİNGÖL 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir