Modern.az

Gürcüstandan Azərbaycana 6800 saxta siqaret gətirmək istədilər

Gürcüstandan Azərbaycana 6800 saxta siqaret gətirmək istədilər

Aktual

1 Oktyabr 2016, 10:35

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda  Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yoxlamadan əvvəl nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilən sürücü gömrükçülərə yox cavabı verib. Nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə sürücünün gömrük əməkdaşlarını aldatmağa çalışdığı üzə çıxıb. 

 

Belə ki, avtomobilin salonundan və mühərrik yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan, bir hissəsi isə Gürcüstanın aksiz markası ilə markalanan  ümumilikdə 3 adda 6800 ədəd siqaret aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı