Modern.az

Zakir Qaralov “MTN işi” HAQDA: “Cəzadan kənarda qalmayacaqlar”

Zakir Qaralov “MTN işi” HAQDA: “Cəzadan kənarda qalmayacaqlar”

1 Oktyabr 2016, 10:51

“Ölkədə kriminogen durum tam nəzarət altındadır".

 

Modern.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov bildirib.

 

O qeyd edib ki, ölkədə rezonans doğuran işlərin istintaqı müvəffəqiyyətlə aparılıb:

"Onların bir çoxunun istintaqı yekunlaşaraq məhkəməyə göndərilib, bir çoxunun istintaqı davam etdirilir. Fəaliyyətimizdə nöqsan və problemlər də mövcuddur”.

Z.Qaralov həmçinin bildirib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində istintaq davam etdirilir:

 

“Bütövlükdə istintaq 280 epizod üzrə aparılır. Cinayət işinin biri məhkəməyə göndərilib, digərləri ilə bağlı isə istintaq davam etdirilir. İstintaqın nəticəsində məsuliyyətə cəlb olunmalı şəxslər cəzadan kənarda qalmayacaq”.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir