Modern.az

Baş Prokurordan Əli İnsanov AÇIQLAMASI: “Cinayət törətməsəydi..."

Baş Prokurordan Əli İnsanov AÇIQLAMASI: “Cinayət törətməsəydi..."

1 Oktyabr 2016, 11:15

""Fətullah Gülən işi" bağlı Türkiyəyə etdiyimiz müraciət üzrə işlər davam etdirilir".

 Modern.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi məsələ ilə bağlı Türkiyəyə ezam olunub.

 

Z. Qaralov həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində  də danışıb.

O deyib ki, başlanmış yeni cinayət işinin istintaqı davam etdirilir.

 

Z. Qaralov qeyd edib ki, Əli İnsanov cinayət törətdiyi üçün barəsində yenidən cinayət işi başlanıb.

“O, cinayət törətməsəydi, cinayət işi də başlana bilməzdi. Cinayət törədibsə, istintaq olunmalıdır".

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?