Modern.az

Gələn il üçün müdafiə xərcləri azalmayıb - RƏSMİ

Gələn il üçün müdafiə xərcləri azalmayıb - RƏSMİ

1 Oktyabr 2016, 11:45

2017-ci ilin dövlət büdcəsi layihəsinə  müdafiə xərcləri ilə azalması ilə bağlı bəzi ekspertlərin səsləndirdiyi fikirlərə Maliyyə Nazirliyi reaksiya verib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin artması nəzərdə tutulub.

 

“Məlumat üçün bildirim ki, 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində Müdafiə və təhlükəsizlik xərcləri Dövlət büdcəsi xərclərinin funksional təsnifatında təkcə müdafiə bölməsində deyil, digər xərc bölmələrində də nəzərdə tutulub. Ona görə də Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş “2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nın 41 ci səhifəsində qeyd olunan ümumi rəqəm reallığı əks etdirir.

 

Müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 17,4 faizi həcmində və ya 2,9 milyard manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 187,0 milyon manat və ya 6,9 faiz çoxdur”.

 

Mais Piriyev qeyd edib ki,  “Dövlət sirri” haqqında qanuna əsasən, təhlükəsizlik və müdafiə xərclərini detallı şəkildə açıqlamağın mümkün olmadığı da nəzərə alınmalıdır.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi