Modern.az

Ermənistanın baş naziri Ohanyanla gizli görüş keçirdi

Ermənistanın baş naziri Ohanyanla gizli görüş keçirdi

1 Oktyabr 2016, 12:46

 

Ermənistanın baş naziri Karen Karapetyan iki gün əvvəl axşam saatlarında Müdafiə Nazirliyinə gedərək nazir vəzifəsini icra edən Seyran Ohanyanla görüşüb. 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüş kifayət qədər uzun çəkib.

Məlumata qeyd edilir ki, bu gözlənilməz gedişin ən diqqətçəkən nüanslarından biri də Karen Karapetyanın nazirliyə özünün xidməti avtomobilində yox, adi bir maşınla getməsidir. 

O, hətta binaya girən zaman görünməməsinə də çalışıb. Karapetyanın heç kimin gözünə görünmədən binanı tərk etdiyi də bildirilir.

Baş nazirin müşaviri Şuşan Sardaryan bununla bağlı suala cavabında qeyd edib ki, onun bu görüşdən xəbəri yoxdur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır