Modern.az

Marddan Milli Məclisin Avropa Parlamenti ilə əlaqələri bərpa etməsinə REAKSİYA

Marddan Milli Məclisin Avropa Parlamenti ilə əlaqələri bərpa etməsinə REAKSİYA

1 Oktyabr 2016, 14:33

 

Azərbaycan və Avropa İttifaqı  arasında möhkəm tərəfdaşlıq münasibətləri var.

 

Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

 

M.Mard ötən gün Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə münasibətlərin bərpası ilə bağlı qərarına da toxunub: "Şadam ki, Milli Məclis Avronest PA-ya qayıtmaqla bağlı məsələni nəzərdən keçirməyə qərar verdi".

Diplomat bir müddət əvvəl Azərbaycanda səfərdə olan Avropa parlamentarilərinin azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını açıq şəkildə bildirdiklərini qeyd edib:

"Avropa İttifaqı Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlıdır. Yaxın vaxtlarda bu məsələlərin qanunvericilik səviyyəsində də öz əksini tapacağına ümid edirəm".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?