Modern.az

Siyavuş Novruzovun anonsu “cırtdan” partiyaları qorxudur?

Siyavuş Novruzovun anonsu “cırtdan” partiyaları qorxudur?

1 Oktyabr 2016, 14:51

 

Bir müddət əvvəl Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov aktiv siyasi fəaliyyətlə məşğul olmayan partiyaların bağlanması üçün yeni qanun layihəsi üzərində işlənildiyini bildirmişdi.

Onun sözlərinə görə, Aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların fəaliyyəti dayandırla bilər.

 

Məsələsə ilə bağlı fəaliyyəti nəzərə çarpmayan bir neçə partiyanın sədri Modern.az-a danışıb.  

 

Azərbaycan Yurddaş partiyasının sədri Mais Səfərli bildirib ki, rəhbəri olduğu siyasi təşkilat normal fəaliyyət göstərir.

 

“Bizim partiyamız normal fəaliyyət göstərir. Rayon təşkilatlarımız öz fəaliyyətlərini davam etdirirlər. Partiyamız nizamnaməyə uyğun fəaliyyət göstərir. Prezident seçkilərində İlham Əliyevin namizədliyi dəstəkləmişik. Seçkilərdə fəal şəkildə iştirak edirik. Bizim digər siyasi partiyalardan fərqimiz ondan ibarətdir ki, biz öz fəaliyyətimizi təkcə Azərbaycanla bağlamırıq. Adımızdan göründüyü kimi biz Azərbaycandan kənarda məskunlaşan yurddaşlarımızla da əlaqələrimiz var. Onların hüquqların müdafiə edirik, onlarla Vətən arasında körpü rolunu oynayırıq. Xaricdə yaşayan  yurddaşlarımızla bağlı  ilk addımı bizim partiya atıb. O zaman diaspora yox idi. Bu məsələnin dövlət siyasətinə çevrilməsində bizim böyük rolumuz olub.  Biz öz fəaliyyətimizi indi də bu istiqamətdə davam etdiririk”.

 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin isə cavabı belə olub: “Partiyaların fəaliyyətinin dayandırılması haqqında qüvvədə olan mövcud  qanun var.

 

Həmin qanuna əsasən partiyaların fəaliyyəti dayandırılır və yaxud davam etdirilir. Siyavuş Novruzovun bu dedikləri bəzi partiyaların bağlanması üçün bəhanədir. İstənilən halda qanunvericilikdə göstərildiyi kimi məsələ məhkəmə yolu ilə həll oluna bilər. Mən belə güman edirəm ki, bu məsələ hələki gündəmə gələsi deyil”.

 

Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, hökumət partiyaların inkişafına dəstək vermir.

 

“Bizim partiyamızın illərdir qeydiyyatı olsa da 1 otaqlı ofis belə ala bilməmişik. Bunun üçün bir neçə yerə müraciət etsək də heç bir nəticəsi olmayıb. Bizim partiyamızın qeydiyyatda olub-olmasınınheç bir əhəmiyyəti yoxdur.  Onsuzda bizim hesablarımız sıfırdı, heç bir maliyyə imkanımız yoxdur,  hansısa rəsmi və qeyri-rəsmi  sənədlərə imza atmağımız nadir hallarda olur.  Partiyaların qeydiyyatının ləğv edilməsi  heç də düzgün bir addım deyil. Çünki, kiçik partiyalar birləşib fəaliyyət göstərər. Bu da təhlükəlidir”.

 

Qafar Ağayev

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi