Modern.az

"Neftçi" 7-ci turda ilk qələbəsini qazandı

"Neftçi" 7-ci turda ilk qələbəsini qazandı

1 Oktyabr 2016, 21:05

Bu gün Premyer Liqanın VII turunda iki qarşılaşma baş tutub.

 

"Sumqayıt" doğma meydanda AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

 

"Kəpəz" isə "Neftçi"nin qonağı olub.

 

Oyuna bakılılar fəal başlayıblar. 14-cü dəqiqədə Cavid İmamverdiyevin ötürməsindən sonra Denilson Pereyra fərqlənib. 90+3-cü dəqiqədə isə Katalin Tira son nöqtəni qoyub - 2:0.

 

Qeyd edək ki, tura sabah "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir