Modern.az

Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzadıb

Türkiyə Suriyada ordudan istifadəyə dair mandatı uzadıb

1 Oktyabr 2016, 22:12

Türkiyə parlamenti İraq və Suriyada Silahlı Qüvvələrdən istifadəyə dair mandatın müddətini daha 13 ay uzadıb.  

 

APA-nın xəbərinə görə, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.

 

Qeyd edək ki, Türkiyə parlamenti 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə verib. Ötən ilin oktyabrında mandatın müddəti daha bir il uzadılmışdı.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir